"Həyasızlığın dərəcəsinə baxın ki..."


Ölkəni deyə bilmərəm, məhkəmə və hüquq mühafizə sistemində tam dərəbəylikdir. Qanun yox, elementar məntiq və abır-həya da nəzərə alınmır. Pulunu verən nə istəyir onu da edir. Bu həftə ərzində qarşılaşdığım ikicə halı qısaca sizə çatdırım. 

Nizami küçəsində (Torqovıda) iki eyni hüquqlu şəxslərdən biri 220 kv metr olan birinci mərtəbədəki mağazanı və onun altında olan zirzəmini paylarına uyğun 50%-50% alt üst tam yarı bölünməsini istəyir. Ədliyyə Nazirliyinin ekspertizası rəy verir ki, əmlakın alt - üst tam yarı bölünməsi mümkündür, çünki əvvəllər alt - üst olan iki mağaza sonradan birləşdirib. Şəhər məhkəmələrindən biri işdə onlarca saxtakarlıq edir və qətnamə qəbul edir ki, zirzəmi birinə, birinci mərtəbədəki mağaza isə digərinə verilsin. Qiymət fərqləri on dəfədən çoxdur.

İkinci hal. Bakı şəhərinin xod gedən rayon prokurorlarından biri onlarla insanı 1 milyondan yuxarı məbləğdə aldadıb pulunu mənimsəyən şəxs haqqında cinayət işi qaldırır, həbsli axtarış elan edir. Həmin şəxsi 1 ildən artıq axtarırlar, tutub prokurorun yanına gətirirlər, o da onun pulunu alıb deyir ki, günahı yoxdur. Hər iki hal üzrə bu murdarlıqları edənlərin üzlərinə kim olduqlarını bildirmişəm. Həyasızlığın dərəcəsinə baxın ki, onlardan biri mənə deyir ki, ünvanıma dediklərini telefonda yazmışam, səni tutduracam.
Bilirəm ki, səhifələrimi hamısı izləyir. Buradan onlara deyirəm, Sizi kimi şərəfini, vicdanını pula satan, dediyini, etdiyini danan deyiləm. Kişisiniz, şikayət edin, mən də sizə telefonda dediyimi hamıya açıqlayım.
P.S. Azərbaycanda yaşadığım bütün illər ərzində fəaliyyətimin xarakterini bildiyimdəm maksimum ehtiyatlı, səbrli olmağa çalışmışam. Nə qədər təhlükəli olduğunu bilsəm də artıq bunu edə bilmirəm.

Aslan İsmayılov, tanınmış hüquqşünas


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az