Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva daun sindromlu uşaqlar üçün təşkil olunan şənlikdə iştirak edib

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva daun sindromlu uşaqlar üçün təşkil olunan şənlikdə iştirak edib

Dekabrın 24-də Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzində Yeni il bayramı ilə əlaqədar şənlik təşkil olunub.

"Miq.Az" AZƏRTAC-a istinadən xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva şənlikdə iştirak edib.

Leyla Əliyeva Mərkəzdə müalicə alan uşaqlarla söhbət edib, onlarla xatirə şəkilləri çəkdirib.

İncəsənət ustalarının çıxışları, hazırlanmış maraqlı şoular uşaqlara unudulmaz anlar yaşadıb.

Qeyd edək ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva valideyn himayəsindən məhrum, xüsusi qayğıya ehtiyacı olan uşaqlarla tez-tez görüşür, onların təlim-tərbiyəsi ilə maraqlanır, asudə vaxtlarının səmərəli təşkili üçün keçirilən müxtəlif tədbirlərdə və proqramlarda iştirak edir.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az