Heydər Əliyevin silahdaşı dünyasını dəyişdi

Heydər Əliyevin silahdaşı dünyasını dəyişdi
Ümummilli lider Heydər Əliyevin yaxın silahdaşı Sabir Hüseynov vəfat edib.

 Sabir Hüseynov 25 yaşında ikən Kirovabadın (indiki Gəncə) prokuroru təyin edilib, sonradan Azərbaycan SSR daxili işlər nazirinin müavini olub. Şəxsən Heydər Əliyevin təkidi ilə Azərbaycan Kommunist Partiyasının mərkəzi aparatında inzibati şöbənin müdiri vəzifəsinə gətirilir ki, respublikanın bütün güc strukturları həmin şöbəyə tabe idilər.

Sabir Hüseynov con nəfəsinə kimi Heydər Əliyevə və onun ideyalarına sadiq qalıb. Məhz o, insanları toplayaraq, Binə hava limanında Moskvadakı ağılsız rəhbərliyin iftiralarına tuş gəlmiş və Bakıya qayıdan ümummilli liderin qarşılanmasını təşkil etmişdi.
 
Sabir Hüseynov həm də Azərbaycan xarici işlər nazirinin müavini Nadir Hüseynovun atasıdır.  
 
Sabir Hüseynovun cənazəsi bu gün Təzəpir məscidindən götürüləcək.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az