Həyəcan TƏBİLİ: Azərbaycanda səhralaşma artır

Həyəcan TƏBİLİ: Azərbaycanda səhralaşma artır

Azərbaycanda səhralaşma prosesi artır.

Bunu AMEA-nın akademik H.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov Trend-ə deyib.

R.Məmmədov bildirib ki, səhralaşma Mil-Muğan bölgəsinin cənub-şərq hissəsində müşahidə olunur və getdikcə intensivləşir:

"Bu prosesin qarşısını almağın ilkin yolu həmin ərazilərdə çoxlu sayda ağacların əkilməsidir, orada geniş yaşıllıqlar salınmalıdır".

Akademikin sözlərinə görə, Azərbaycanda müşahidə olunan səhralaşmanın səbəbi iqlim dəyişikliyi və insan fəaliyyətidir:

"Hazırda Mil-Muğan bölgəsində otarmalar normadan dəfələrlə artıqdır. Əgər müəyyən əraziyə 5 qoyun düşməlidirsə, orada 20 qoyundur. Qoyun sürüsü harada gəzərsə, həmin yerdə yaşıllıq əmələ gəlmir, səhralaşma gedir. Əgər tez bir zamanda bunun qarşısı alınmazsa, səhralaşma getdikcə artacaq, özü də bu tək ekoloji deyil, həm də sosial problemə çevriləcək. Getdikcə torpağın münbitliyi məhv olur, bitki yetişmir və nəticədə insanlar həmin ərazilərdən köçürlər”.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az