İcra qurumları bələdiyyə torpaqlarına rəy verməyəcək
2017-ci il yanvarın 1-dən etibarən icra qurumları bələdiyyə torpaqlarına rəy verməyəcəklər.
Halbuki, Bakıda bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin ayrılması ilə bağlı bələdiyyənin qərarı qəbul edilənədək icra hakimiyyəti qurumları rəy verirdilər.
Azadliq.org xəbər verir ki, Prezident İlham Əliyevin dekabrın 30-da imzaladığı "Bakıda mühəndis-kommunikasiya təminatı obyektlərinin normal fəaliyyətinin təmin olunması ilə bağlı bəzi tədbirlər haqqında” fərmanında bu məsələ öz əksini tapıb.
Fərmanda Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, yerli icra hakimiyyəti orqanlarına tapşırıqlar, bələdiyyələrə isə tövsiyələr yer alıb.
Sənədə görə, "Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti gələn il martın 1-dək Bakının peyk təsviri vasitəsilə ortofotolarının hazırlanmasını təmin etməlidir.
Miq.az