İDARƏ RƏİSİNİN QARDAŞI OĞLU QƏTL TÖRƏTDİ – Kafedə qanlı dava

İDARƏ RƏİSİNİN QARDAŞI OĞLU QƏTL TÖRƏTDİ – Kafedə qanlı dava
Bakıda qətl törədilib.

APA-nın məlumatına görə, hadisə Qaradağ rayonunun Qobustan qəsəbəsində yerləşən kafelərdən birində qeydə alınıb. Kafedə baş verən kütləvi davada Qismət Fərhad oğlu Məmmədli bıçaqlanaraq öldürülüb. Daha iki nəfər – Haldun Əbuzərli və Tələt Hüseynli bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Həyata keçirilən tədbirlər nəticəsində hadisənin 1995-ci il təvəllüdlü Amal Mahir oğlu Zülfüqarov tərəfindən törədilməsi müəyyən edilib və o saxlanılıb.

Hazırda hadisəni digər iştirakçılarının olub-olmaması araşdırılır.

Faktla bağlı Qaradağ rayon Prokurorluğunda cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.

"AzPolitika.info”ya daxil olan məlumata görə, cinayəti törədən Amal Zülfüqarov ARDNŞ-in Nəqliyyat İdarəsinin rəisi Elçin Zülfüqarovun qardaşı oğludur.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az