İki istiqamətdə hücum dayandırıldı - Mövqelər darmadağın edildi

İki istiqamətdə hücum dayandırıldı - Mövqelər darmadağın edildi

Rusiya qüvvələri Kupyan və Avdiv istiqamətlərində irəliləməyə cəhd göstərib. Hücum Ukrayna ordusu tərəfindən dayandırılıb.

Teleqraf.com xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı son sutka ərzində cəbhədə 35 toqquşmanın baş verdiyini açıqlayıb.

Ukrayna müdafiə qüvvələri Novomixayliv və Marinin şimal-şərqində rus qoşunlarının irəliləmək cəhdlərini dayandırmağa davam edir.

Ruslar Baxmut, Xerson, Sumı, Şaxtyor və Zaporoje istiqamətlərində bir sıra ərazilərə aviazərbələr endirib.

Eyni zamanda, Ukrayna ordusu Melitopol istiqamətində hücum əməliyyatını davam etdirir.
 
Ötən gün ərzində Ukrayna Silahlı Qüvvələri Rusiyanın nəzarət məntəqələrinə və canlı qüvvəsinin cəmləşdiyi ərazilərə zərbələr endirib. Ukrayna hərbi aviasiyası rusların komanda məntəqəsini, şəxsi heyətin cəmləşdiyi mövqeləri və zenit-raket komplekslərini sıradan çıxarıb.

Bundan başqa, Ukraynanın raket qoşunlarının və artilleriya bölmələri 2 idarəetmə məntəqəsini, şəxsi heyətin, silah-sursatın və hərbi texnikanın cəmləşdiyi 2 ərazini, atəş mövqelərində 5 artilleriya qurğusunu, 1 zenit müdafiə vasitəsini, 1 sursat anbarını və 1 radioelektron döyüş stansiyasını vurub.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az