İlham Əliyev: "Azərbaycanda internet azaddır"

İlham Əliyev:
"Biz siyasi və iqtisadi islahatlar siyasəti həyata keçiririk. Azərbaycanda bütün fundamental azadlıqlar, o cümlədən media azadlığı təmin olunur".

Bunu Berlində keçirilən Azərbaycan-Almaniya İqtisadi Forumunda çıxışı zamanı prezident İlham Əliyev bildirib.

Dövlət başçısı, həmçinin Azərbaycanda internetin azad olduğunu diqqətə çatdırıb:

"Bizdə internet azaddır, senzura yoxdur. Ölkə əhalisinin 75 faizdən çoxu internet istifadəçisidir, azad siyasi fəaliyyət, sərbəst toplaşma və din azadlığı. Bu il Azərbaycanda "Multikulturalizm ili” elan olunub və Azərbaycan müxtəlif dini və etnik qrupların nümayəndələrinin sülh şəraitində birgə yaşayışına yaxşı nümunədir".

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az