İlham Əliyevlə Sarkisyan Varşavada görüşə bilər - KİV

İlham Əliyevlə  Sarkisyan Varşavada görüşə bilər - KİV

Bu gün Ermənistan prezidenti Serj Sarkisyan Polşanın paytaxtı Varşavaya səfərə gedir.

Bu barədə AzVision.az erməni KİV-nə istinadən xəbər verir. 

Səfərin məqsədi NATO-nun sammitində iştirak etməkdir. Varşavaya səfər zamanı Serj Sarkisyanın ikitərəfli görüşlər keçirəcəyi bildirilir. 

Erməni KİV-lərin yaydığı məlumata görə, Azərbaycan və Ermənistan prezidentləri Varşavada NATO sammiti çərçivəsində görüşə bilərlər.

Rəsmi qurumlar tərəfindən bu görüşün baş tutub-tutmaycağı haqda rəsmi açıqlama verilməyib.

ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik isə bildirib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi Varşavada keçirilən NATO sammiti çərçivəsində müzakirə olunacaq.

"Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair danışıqlar prosesinin davam etdirilməsi üçün NATO sammiti yaxşı imkandır”, deyə Uorlik bildirib. 

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az