İlhamənin oğlunun ölüm xəbəri yayıldı

İlhamənin oğlunun ölüm xəbəri yayıldı
İnternetdə mərhum xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirovun ölümü barədə xəbərlər yayılıb. Saytlardan birinin yaydığı məlumata görə, O.Nadirovun meyiti evinin qarşısında tapılıb. Şayiə xarakterli məlumat sosial şəbəkələrdə də yayılmağa başlayıb. 

Miq.az xəbər verir ki, musavat.com xəbəri dəqiqləşdirmək üçün xalq artistinin oğlu ilə əlaqə saxlayıb. Nadirov bildirib ki, ölüm xəbərinin yayılması gülüncdür: "Ölməmişəm, sağam. Haqqımda bu cür xəbərlərin yayılması gülüncdür. Ölüm xəbərimin yayılması barədə danışmaq istəmirəm".

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az