İndi Rüfət Aslanlıdan avropalılar da narazıdır

İndi Rüfət Aslanlıdan avropalılar da narazıdır

"Azərbaycanda fəaliyyət göstərən Avropa İttifaqı şirkətləri hesab edir ki, ölkə banklarının xarici şoklara qarşı həssaslığının azaldılması, eləcə də maliyyəyə çıxışa əngəl törədən maneələri aradan qaldırmaq üçün bundan sonra davamlı tədbirlərin görülməsi vacibdir”.

Miq.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının Azərbaycanla bağlı hazırladığı "Azərbaycanda biznes mühiti 2018” adlı hesabatında qeyd olunub.

Hesabatda bildirilir ki, 2017-ci ildə milli valyutanın məzənnəsinin sabitləşməsindən və biznesə inamın artmasından sonra növbəti dəstək 2018-ci il üçün nəzərdə tutulan islahatlardan gəlməlidir. "Bu islahatlar inflyasiyanın iki rəqəmli səviyyədən enməsi, risklərə yönələn nəzarətə keçid, eləcə də biznes sektoru çərçivəsində informasiya axının yaxşılaşmasından ibarətdir,” – deyə hesabatda vurğulanıb.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az