İndoneziyalı tələbələr mükafatlandırıldı

İndoneziyalı tələbələr mükafatlandırıldı

Azərbaycanın İndoneziya, Timor-Leste, Filippin və Sinqapurdakı səfirliyi tərəfindən ölkəmizin milli bayramı – Respublika Günü münasibətilə təşkil edilən tədbirlər çərçivəsində indoneziyalı tələbələr arasında keçirilmiş “Xocalı soyqırımı” inşa yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb. Müsabiqəyə Həbibi Mərkəzi və Sülh və Ədalət üzrə Beynəlxalq Gənclər Təşkilatı tərəfindən cari ilin fevral ayından etibarən start verilmişdi.

Vətəninfo.az xəbər verir ki, səfirlikdən AZƏRTAC-a verilən məlumata görə, müvafiq olaraq təqribən 500, 700 və 900 ABŞ dolları həcmində rəmzi bank çekləri münsiflər heyətinin başçısı, “Kompas” qəzetinin jurnalisti Şambazi, səfir Tamerlan Qarayev və iqtisadi məsələlər üzrə əlaqələndirici nazir Sofyan Cəlil tərəfindən qaliblərə təqdim olunub.
Tədbir İndoneziya dövlət televiziyası TVRİ, “Liputan” və digər kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılıb.
Qeyd edək ki, Həbibi Mərkəzi 1990-cı illərin sonlarında İndoneziyanın Prezidenti olmuş Baharuddin Yusif Həbibi tərəfindən təsis olunub. Mərkəz demokratiya və insan haqları üzrə fəaliyyət göstərən və regionda böyük nüfuza malik olan QHT-dir. Sülh və Ədalət üzrə Beynəlxalq Gənclər Təşkilatı isə indoneziyalı tələbələri özündə birləşdirən və İndoneziya Universitetinin tələbələri tərəfindən təsis edilən, dünyada sülhün təmini üçün haqq və ədalətin dəstəklənməsinə çağırış edən gənclər təşkilatıdır



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az