Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) tərəfindən cari ilin sentyabr ayından dövlət qurumlarının mülkiyyətində olan informasiya ehtiyatlarının və sistemlərinin növbəti monitorinqi aparılacaq.
Vətəninfo.az xəbər verir ki, mərkəzdən AZƏRTAC-a verilən məlumata görə, monitorinq informasiya ehtiyatlarının və sistemlərinin qanunvericiliklə müəyyən edilmiş şəkildə yaradılmasına, mühafizə olunmasına və digər dövlət qurumlarına “bir pəncərə” prinsipi əsasında ötürülməsinə nəzarət məqsədi daşıyır. Eyni zamanda, müəyyən olunmuş texniki-proqram çatışmazlıqlarının aradan qaldırması üçün təkliflər hazırlanacaq.
Monitorinqlə əlaqədar MHM tərəfindən dövlət qurumlarının mülkiyyətində olan informasiya sistemlərinin təşkilini və səmərəliliyini qiymətləndirmək üçün sorğu tərtib olunub. Sorğu əsasən aidiyyəti qurumların elektron idarəçilik, informasiya sistemləri, elektron xidmətlər, istifadəçilərlə əks əlaqənin yaradılması, informasiya mübadiləsi və digər istiqamətləri əhatə edir.
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?