İnsana bütün qayğıları unutduran MƏKAN

   İnsana bütün qayğıları unutduran MƏKAN

Doğma diyarımız-Azərbaycanın xəritəsinə diqqət yetirəndə, onu uçan qartala bənzətsək, yanılmarıq. Dağ qartalını xatırladan xəritənin baş hissəsində ölkəmizin paytaxtı "Küləklər şəhəri” adlandırdığımız Bakı şəhəri də daxil olmaqla Abşeron yarımadası yerləşir.

Üç tərəfdən mavi Xəzərin suyu ilə əhatə olmuş Abşeron yarımadası, Xəzər dənizinin qərb sahilində, Böyük Qafqazın cənub-şərq qurtaracağında qərar tutur. Yeraltı və yerüstü sərvətlərlə zəngin olan bu məmləkətdən Böyük Yaradan heç nəyi əsirgəməyib. Ərazi subtropik iqlimə malik olub, əncir, zeytun, badam, üzüm kimi insan sağlamlığına  faydası olan meyvə bağları ilə zəngindir.

Abşeron yarımadasında dənizkənarı iqlim kurortları, sanatoriyalar, istirahət yerləri, qumlu çimərliklərin olması insanların daha çox diqqətini çəkir, eləcə də günəş işığının bolluğu il boyunca istirahət və sanatoriya-kurort müalicəsi üçün hər bir şərait yaradır. Buna görədir ki, doğma diyarımız-Azərbaycanda kurort mövsümü il boyu davam edir.

 Sanatoriyanın bağçası

İnsanların ən çox sevdiyi, təbii üsullarla müalicə aldığı, zövq aldığı, stres və əsəbdən uzaq durduğu məkanlardan biri və birincisi- "Günəşli” nevroloji sanatoriyasıdı.

"Günəşli” nevroloji sanatoriyası Abşeron yarımadası sahilində, Mərdəkan qəsəbəsində yerləşir. Artıq neçə illərdir ki, insanlar müalicə almaq üçün bu sanatoriyaya üz tutur. Sanatoriyanın qapısından içəri daxil olduqda insanlar özünü sanki qalın və sıx ağaclara malik ormanlıqda hiss edir. Ağacların sərinliyi, yarpaqların pıçıltısı, güllərin ətri, quşların zənguləsi, bağın səliqəsi bura gələnləri nağıl dünyasına aparır. Üstəlik burada çalışan həkimlərin, şəfqət bacılarının göstərdikləri səmimi və mehriban qayğıları bu rahatlığı daha da artırır. Minlərlə insan burada sağlamlığını bərpa edir, istirahət edir və qayğılardan uzaq durur.
Əsasən sinir sistemi xəstəliklərindən əziyyət çəkən insanların məkanı olan "Günəşli” nevroloji sanatoriyası olduqca məşhurdur. Sanatoriyaya Azərbaycanda, eləcə də
 Nəzərov Ələkbər

bir çox başqa dövlətlərdə tanınan dəyərli ziyalımız-Nəzərov Ələkbər rəhbərlik edir. Baş həkim işlədiyi qısa müddətdə sanatoriyada əsaslı dəyişiklik baş vermiş, insanların rahat şəkildə istirahət etməsi üçün hər cür şərait yaradılmışdır. Ələkbər müəllim əsl zövq adamıdı, musiqini bilən, sözə, mədəniyyətə, insanlığa dəyər verən  şəxsiyyətdir. Sanatoriyaya gələn hər bir insanı mehribancasına özü qarşılayır, iş otağında səmimi şəkildə qayğıları ilə maraqlanır, rahat yerləşməsi, istirahət etməsi və müalicə alması üçün göstəriş və tapşırıqlarını verir.

Daha sonra pasiyentlər səmimi, mehriban, gülərüz insan, qayğıkeş ana, baş tibb bacısı Nazilə Sofiyevanın ixtiyarına verilir. Nazilə xanımın nəzarəti altında pasiyentlər təcrübəli həkimlər tərəfindən lazimi müayinələrdən keçir, növbəti 18 gün ərzində onlar üçün ayrılmış, hər cürə şəraiti olan otaqlarda yerləşdirilir və daimi tibbi nəzarət altında olurlar. Nazilə xanım burada müalicə alan hər bir şəxsə xüsusi qayğı göstərir və qarşıya şıxan problemlərini  yerindəcə həll edir.

 Müalicə həkimləri

Xəstələrinə xüsusi diqqət yetirən və qayğı ilə yanaşan ağ xalatlı tibb bacılarından Nəzakət Qarayeva, Kəmalə, Zülfiyyə, Lalə, Südabə, Adilə xanım və digərləri gülərüz, xoşsifət, daim təbəssüm dolu çöhrələri ilə müalicəni daha da effektli edirlər. Müalicə həkimlərindən nevropatoloq  Heydər doktor, psixiyaterapevt Sabir doktor, kordioloq Adil doktorun diqqət və qayğısı unudulmaz, müalicəsi isə əvəzsizdir. Sanatoriyada hökm sürən abu-hava o dərəcədə  xoşagələndir ki, müalicə alanlara müsbət təsirini anındaca ötürür. 

Burada insanlar təbbi müalicə alır. Təbii müalicələrə müxtəlif duşlar, vannalar, eləcə də masaj və müalicəvi bədən tərbiyəsinin keçirilməsi daxildir. Sanatoriyada yod-brom vannaları, naftalan terapiyası, parafin terapiyası və təbii palçıq vasitəsi ilə müalicə alan xəstələr çox rahatlaşır. Dəniz vannaları və açıq səma altında yuxu sinir sisteminin bərpası və güclənməsinə çox yaxşı təsir göstərir.

Sanatoriya daxilində Avropa standartlarına cavab verən yeməkxana istirahət edənlərin ixtiyarındadır. Tofiq Şuşalının nəzarəti altında yeməkxanada aşpazların hazırladığı ləziz və müalicəvi (pəhriz) yeməkləri insanlara bir azda rahatlıq verir. Tofiq müəllim bura gələn hər bir şəxsi mehribanlıqla qarşılayıb və şəxsən özü qulluğunda dayanır.

 Sanatoriyanın yeməkxanası
Sanatoriyada ən çox diqqəti çəkən məqamlardan biridə mədəni-kütləvi tədbirlərin keçirilməsidi. Kütləvi tədbirlərə  səmimi, mehriban  insan, dəyərli ziyalı Salmanov Fəxrəddin rəhbərlik edir. Etdiyi gözəl çıxışlarla, söylədiyi şeirlərlə insanların əhvali-ruhiyəsini artırır. Banketlər, tamaşalar, ad günləri vaxtaşırı keçirilir, hər gün konsert təşkil olunur. Bir-birindən gözəl söz adamlarının, musiqiçilərin çıxışları istirahət edənlərə xoş ovqat bəxş edir. 

 Sanatoriyada oxuyan muğənnilər
Muğənnilərdən Mətanət Qarabağlının, Sulduzun adını xüsusi qeyd etmək lazimdir. Asəf Zeynallı adına musiqi məktəbini bitirmiş, vaxtikən unudulmaz ustadımız Sabir Mirzəyevin tələbəsi olmuş, əslən  musiqinin beşiyi sayılan doğma Qarabağ torpağında dünyaya göz açmış Mətanət Qarabağlının məlahətli səsi daha çox diqqəti çəkir. Oxuduğu həzin musiqilər, muğamlar insanların könlünü oxşayır, insanı istər-istəməz başqa bir aləmə aparır.

Sanatoriyanı tərk edən insanlar adətən növbəti kəlmələri söyləyirlər: "Düzünü desəm, heç bilmirəm sağalmağıma ən çox təsir edən nə oldu: müalicə, dəniz, günəş, yaxud addımbaşı rastlaşdığım mehribanlıq və səmimilik. Buranı çox gözəl ovqatda tərk edirəm”.

Ağabəy Ağayev
Lerik Rayon Ağsaqqallar Şurasının üzvü



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az