İnternetin təbiətə vurduğu dəhşətli zərər

İnternetin təbiətə vurduğu dəhşətli zərər

Tədqiqatçılar "Coanna Moll” proqramı yaradaraq Quql və Feysbukdan istifadənin təbiətə təsirini təhlil ediblər.

Publika.az xəbər verir ki, tədqiqat sözügedən saytlardan istifadənin təbiətə böyük zərər vurduğunu ortaya çıxarıb.

Məsələ ondadır ki, internet və məşhur serverlər istifadə edildikdə çoxlu elektrik enerjisi sərf edir. Yaradılan proqrama görə, Quql saniyədə təxminən 47 min sorğunu emal edir. Bu, saniyədə 500 kiloqram karbon qazı deməkdir, yəni hər sorğu üçün 0,01 kiloqram.

Quql ekoloji təhlükənin tək mənbəyi deyil, başqa məşhur saytlar da həmçinin təbiətə gözəçarpan zərər vururlar. Məsələn, 2016-cı ildə Feysbuk serverləri 718 min ton karbon qazı emal ediblər. Bu, təxminən 200 min minik avtomobilinin havaya buraxdığı karbon qazına bərabərdir.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az