İntihar etdiyi deyilən sabiq məmur danışdı

İntihar etdiyi deyilən sabiq məmur danışdı

Dekabrın 7-də intihar etdiyi xəbəri yayılan Naxçıvanın Baş nazirinin sabiq birinci müavini Asəf Məmmədov Azinforum.az-a açıqlama verib.

O, yaxınlarının və doğmalarının bu xəbərdən ciddi sarsıntı keçirdiklərini  bildirib: "Hansısa məmurun vəzifədən azad edilməsi normal bir haldır. Ancaq bu, kiməsə əsas vermir ki, vəzifədən azad olunan sabiq məmur barədə öz mülahizələri əsasında həqiqəti əks etdirməyən şayiələr yaysın.

Hesab edirəm ki, həmin  doğru olmayan xəbərin yayılmasında maraqlı olan qüvvələr var, onların kimliyi mütləq araşdırılmalıdır. Hər halda, jurnalistə də həmin yanlış xəbəri kimsə verib.

Amma siz media adamları da hər eşitdiyinizi yazmamalısınız.  Hər halda mənimlə  və ya doğmalarımla əlaqə saxlanılsaydı dərhal bu xəbərin yanlış olduğu üzə çıxardı.

Əsası olmayan belə ağır xəbər bizə və doğmalarımıza çox pis təsir edib. Yəqin ki, hüquqi vasitələrdən istifadə edib, bizə dəyən mənəvi zərərin kompensasiyasını tələb edəcəm. Təşəkkür edirəm ki, bu məsələyə aydınlıq gətirdiniz”.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az