İordaniya kralının lüks yaxtası Türkiyə sahillərində

İordaniya kralının lüks yaxtası Türkiyə sahillərində
İordaniya kralı Abdullanın yaxtası Türkiyədə, Marmaris sahillərində lövbər salıb.
Vətəninfo.az Avropa.info-ya istinadla  xəbər verir ki, "Sarafsa” adlanan kral yaxtası 82 metr uzunluğu ilə dünyanın 100 ən böyük yaxtasından biridir. Səhər saatlarında Marmaris limanına daxil olan gəmi türk sakinləri və turistləri heyrətə gətirib.
Liman rəsmiləri kral Abdulla və ailəsinin yaxtada olub-olmaması haqda bir şey deməyiblər.
4 mərtəbəli yaxtada mərmər döşəmə, qızıldan su kranları, nəhəng ekran döşəmənin istilik sistemi var. "Sarafsa”da cakuzi, idman, nahar, iş otaqları kimi bütün rahatlıqlar düşünülüb.
Yaxtanın işçi personalı 20 nəfərdən ibarətdir.

İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az