İran raketi ABŞ müdafiəsini yardı – “Nyu York Tayms”

İran raketi ABŞ müdafiəsini yardı – “Nyu York Tayms”

Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə sisteminin noyabrda husilərin paytaxt Ər-Riyada yönəltdiyi ballistik raketi məhv etməsi informasiyası yalandır.

Axar.az xəbər verir ki, bu barədə məlumatı "Nyu York Tayms” qəzeti yayıb.

"Bu məlumatdan sonra insidenti şərh edən ABŞ Prezidenti Donald Tramp "Patriot”ların öz vəzifəsinin öhdəsindən uğurla gəldiyini bildirib. O, həmçinin, ölkəsinin silah sənayesi ilə qürurlanaraq, "ABŞ-ın istehsal etdiyini heç kimi hazırlaya bilmir” demişdi. Lakin raketin fotosu və videosunun analizindən sonra belə müəyyən etmək olar ki, raket ölkənin hava hücumundan müdafiəsini yararaq, Ər-Riyad hava limanının yaxınlığında partlayıb. Tapılan qalıqlarda heç bir döyüş başlığı aşkarlanmayıb. Böyük ehtimalla bu döyüş başlığı uçuş zamanı raketdən aralanıb və "Patriot” məhz bu döyüş başlığını vurub. Nəticədə raket uçuşunu davam etdirərək, hava limanı yaxınlığında yerə enib”, – deyə məqalədə bildirilib.

Hadisə şahidlərinin ifadələrini dərc edən qəzet onların da hava limanı yaxınlığında güclü partlayış eşitdiklərini bildirib. Bundan başqa, insidentin baş verdiyi ərazinin partlayışdan sonrakı peyk görüntüləri də yayımlanıb. Burada həmin ərazidə duman müşahidə olunub.

Qeyd edək ki, bundan öncə husilər Ər-Riyad hava limanına raket zərbəsi endiriblər. Səudiyyə Ərəbistanı hökuməti bu hücumun qarşısının alındığını bildirib. Ər-Riyad həmçinin bu raketlərin İran istehsalı olduğunu vurğulayıb.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az