İran Suriyaya yük aparan Rusiya təyyarələrinin uçuşlarına icazə verib

İran Suriyaya yük aparan Rusiya təyyarələrinin uçuşlarına icazə verib
İran Suriyaya humanitar yardım aparan Rusiya təyyarələrinə öz ərazisi üzərindən uçuşlara razılıq verib.

Bu barədə Rusiyanın İrandakı səfirliyinin mətbuat attaşesi Maksim Suslov TASS agentliyinə bildirib.

Xatırladaq ki, çərşənbə günü Bolqarıstan XİN rəhbəri Daniyel Mitov bildirib ki, Bolqarıstan Xarici İşlər Nazirliyi yalnız yüklərin yoxlanılmasından sonra Suriyaya uçan Rusiya təyyarələrinə hava dəhlizi verməyə hazırdır.

Bazar ertəsi Yunanıstan Xarici İşlər Nazirliyi Suriyaya humanitar yardım aparan Rusiya təyyarələri üçün hava məkanının bağlanması ilə bağlı ABŞ tərəfinin göndərdiyi sorğunu aldığını təsdiqləyib. Mənbənin sözlərinə görə, hazırda sorğu Yunanıstan Xarici İşlər Nazirliyində müzakirə olunur. Əvvəllər isə Afinanın hava məkanını bağlamaqdan imtina etdiyi barədə məlumatlar yayılmışdı.

"Report"



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az