İran türkləri təhqir edənləri mükafatlandırdı - Foto

İran türkləri təhqir edənləri mükafatlandırdı - Foto
Keçən ilin noyabrında Güney Azərbaycan türklərini təhqir edən jurnalistlər İranın İrşad və Mədəniyyət Nazirliyinin "Firdovsi Dərnəyi” tərəfindən mükafatlandırılıblar.
 
Axar.az xəbər verir ki, bu barədə informasiyanı Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi yayıb. Təşkilat "Fitilə” qrupunun "uşaq və yeniyetmələr üçün ən yaxşı proqram hazırlayan” veriliş nominasiyası ilə mükafatlandırıldığını bildirib.
 
Qeyd edək ki, keçən ilin noyabrında İran televiziyasının 2-ci kanalında yayımlanan "Fitilə” verilişində Azərbaycan türkləri təhqir olunub. Televiziyada təqdim edilən komediyada diş fırçası ilə tualet fırçası arasındakı fərqi bilməyən, dişlərini tualet fırçası ilə fırçaladığı üçün ağzı qoxuyan bir türk uşağı təsvir edilib. Bundan cəmi bir neçə gün sonra Güney Azərbaycanın demək olar ki, bütün şəhərlərində kütləvi etiraz aksiyaları keçirilib. Nəticədə yüzlərlə insan təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib. Əhalinin etirazlarına Güney Azərbaycandan olan bir sıra deputatlar da qoşulub.
 
Dünən isə "Tərh-i no” qəzeti Güney Azərbaycan türklərini təhqir edən yazı hazırlayıb. Məqalədə müəllif azərbaycanlılara qarşı "Ey tanınmaz və bədbəxt türk, iranlı pəhləvanların qüdrətindən xəbərin varmı?! Biz turanlıları kişi kimi tanımırıq, onlar hamısı qadındırlar. Ey irqi pis olan türk, sən kişilərlə savaşmaq üçün yaranmayıbsan, get, qadınlar kimi əlinə pambıq və mil götür” - sözlərindən istifadə edib. 

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az