İran XİN ölkə vətəndaşlarını Türkiyəyə quru yolu ilə səfər etməkdən çəkinməyə çağırıb

İran XİN ölkə vətəndaşlarını Türkiyəyə quru yolu ilə səfər etməkdən çəkinməyə çağırıb
İranın Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarını Türkiyəyə quru yolu ilə səfər etməkdən çəkinməyə çağırıb. 

Bu haqda İran KİV-i məlumat yayıb.

Nazirlik Türkiyənin şərqində baş verən bəzi hadislərə görə qonşu ölkəyə quru yolu ilə deyil, təyyarələrlə səfər etməyi məsləhət görüb. XİN-in bu çağırışı növbəti müraciətədək qüvvədə olacaq.  

Məlumatda qeyd edilib ki, ötən həftə İran-Türkiyə sərnişin qatarına iki dəfə hücum edilib.

"Report"



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az