İrandan diqqətçəkən açıqlama: “Noyabrın 29-da başlayır”
İran Avstriyanın paytaxtı Vyanada nüvə sazişi üzrə danışıqların noyabrın 29-da başlayacağını açıqlayıb.
Miq.Az xəbər verir ki, bu barədə İran xarici işlər nazirinin müavini Əli Bakiri açıqlama ilə çıxış edib.
O, nüvə sazişi ilə bağlı Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr Departamentinin rəhbərinin müavini Enrike Mora ilə telefon danışığı apardığını deyib.
Bakiri Mora ilə "ABŞ-ın İrana qarşı sanksiyalarını ləğv etmək məqsədi ilə” noyabrın 29-da Vyanada 6 raundda keçirilən nüvə sazişi danışıqlarını yenidən başlamaq barədə razılaşdıqlarını bildirib.
Co Bayden ABŞ-da prezident seçildikdən sonra aprelin 6-da Avstriyanın paytaxtı Vyanada yenidən başlayan və 6 raundda davam edən nüvə razılaşması danışıqları İranda hakimiyyət dəyişikliyi səbəbindən dayandırılıb.
Miq.Az