İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə 4 kiloqramdan artıq narkotik vasitənin keçirilməsinin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsindən (DGK) Vətəninfo-az-a verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə İran İslam Respublikasından Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin gətirilməsi, saxlanılması və daşınması barədə əməliyyat məlumatı daxil olub.
Keçirilmiş əməliyyat tədbirləri nəticəsində “Qoşa Təpə” Gömrük Postu-Biləsuvar avtomobil yolunun təqribən 3 km-də İran İslam Respublikası vətəndaşı Yazdanı Janyarlou Hamıd Samad həmin ərazidə avtomobildən düşərək əvvəlcədən gizlətdiyi içərisində narkotik maddələr olan 1 ədəd selofan torbanı götürüb və uzaqlaşmaq istəyərkən gömrük əməkdaşları tərəfindən yaxalanıb. Sonra İİR vətəndaşı Yazdanı Janyarlou Hamıd Samadın götürdüyü sellofan torbaya baxış keçirilib və üzəri yapışqanlı lentlə sarınmış üç ədəd bağlamadan ümumi çəkisi 4 kiloqram 370 qram narkotik vasitə-qurudulmuş marixuana aşkar edilib.
Faktla bağlı DGK-nin İstintaq İdarəsində təhqiqat aparılır.
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?
“Azərbaycan və Türkiyəni açıq qarşıdurmaya çəkmək istəyirlər” – Sabiq nazirdən sensasion
BDU-nun müəllimləri DƏLƏDUZ "PROFESSOR"UN toruna düşüb
Çingiz Abdullayevdən Polad Bülbüloğluna dəstək — FOTO