İranla Azərbaycan arasında hərbi qarşıdurma... - Ərdoğan
Mən şəxsən İranla Azərbaycan arasında hərbi qarşıdurmanın olacağına inanmıram.
Miq.Az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İranın Azərbaycanla sərhəddə keçirdiyi hərbi təlimlərə münasibət bildirərkən deyib.
O bildirib ki, İsrailin Azərbaycanla əlaqələrinə görə İran Azərbaycanı hədəf seçə bilməz:
"Çünki bu gün İranda yaşayan azərbaycanlılarının sayı göz qabağındadır. Bu təbii ki, düşündürür. O qədər də asan deyil. Görülən işlər səhvdir. Düşünürəm ki, İranın yeni rəhbərliyi bu səhvi davam etdirməyəcək”.
Miq.Az