“İranla razılıq neftin qiymətinə müsbət təsir edəcək”

“İranla razılıq neftin qiymətinə müsbət təsir edəcək”
"Bu ölkə zəngin neft və qaz ehtiyatlarına malikdir”.
İrana tətbiq edilən sanksiyaların və nüvə proqramı ilə əlaqədar məhdudlaşdırmanın nəticələri bölgə eləcə də dünya üçün son dərəcə müsbət olacaq. 
Moderator.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu sözləri Türkiyənin energetika və təbii resurslar naziri Taner Yıldız İranla əlaqəli son nəticəyə münasibət bildirərkən qeyd edib. 
Yıldız həmçinin bildirib ki, enerji baxımından İrana yanaşdıqda bu ölkə zəngin neft və qaz ehtiyatlarına malikdir:
"İranın ehtiyatlarını bölgəyə daha sonra dünyaya təqdim etməsi  neftin qiymətinə müsbət təsir edəcək”.
"Ölkələr arasında baş tutan razılığı müsbət qiymətləndirirəm”-deyə, nazir əlavə edib. 
Qeyd edək ki, çərşənbə axşamı İranla "Altılıq” ölkələri arasında əldə edilən razılığa görə, İran və "Altılıq” arasında razılaşma BMT-nin Təhlükəsizlik Şurasında qətnamənin qəbul olunmasından 90 gün sonra qüvvəyə minəcək. 
Bundan başqa, İran 15 il ərzində uranı 3,67%-dən çox zənginləşdirməməyə razılıq verib.
Xatırladaq ki, İranla tərəflər arasında müzakirələr iyunun 30-dan gedirdi.
Vətəninfo.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az