"İranla savaşmaq ABŞ üçün intihar olacaq" - ZƏRİFDƏN İDDİALI SÖZLƏR


İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif 2003-cü ildə ABŞ-ı İraqla müharibəyə sürükləyənlərin bu səfər İranla müharibəyə başlamasına çalışdıqlarını iddia edib: "2003-cü ildə ABŞ ilə İraq arasında mühribəni başladanların bu səfər İranla müharibənin başlamasına çalışdıqları görünür. Bu, onlar üçün intihar olacaqdır. Tramp hökumətindəki bəzi şəxslər intihar kimi olacaq bir müharibəyə başlamağa çalışırlar. İran heç bir zaman heç bir ölkə ilə döyüşmək istəməyib və istəməyəcək. Lakin ABŞ İrana qarşı hansısa bir toqquşmaya başlayarsa, bütün gücümüzlə milli mənafeyimizi və ölkəmizi qoruyacağıq”.

Dünən Vaşinqton hökuməti "USS Abraham Lincoln” təyyarə gəmisi ilə bombardman qüvvələrini Yaxın Şərqə göndərdiklərini bəyan eləmişdi. Ağ Evin milli təhlükəsizlik müşaviri Con Bolton gəmiləri İrana mesaj vermək məqsədilə bölgəyə göndərdiklərini deyib./Hurriyyet.org/

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az