Xəbər verdiyimiz kimi prezident İlham Əliyev dekabrın 27-də İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri, hökumətlərarası birgə komissiyanın həmsədri Mahmud Vaezinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Miq.Az xəbər verir ki, görüşdə maraqlı nüanslardan biri İranlı nazirin yaxasında Azərbaycan bayrağı təsvirli ordenin asılması olub. Bildirək ki, Vaezinin yaxasında asılan Azərbaycanın "Dostluq” ordenidir və prezident İlham Əliyev tərəfindən bu ilin fevralında ölkələrimiz arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafındakı xüsusi xidmətlərinə görə nazirə verilib.
Ehtimal edilir ki, İranlı nazir jest əlaməti olaraq bu dəfəki görüşə də yaxasında həmin ordenlə gəlib. Son vaxtlar gərgin İran-Azərbaycan münasibətləri fonunda nazirin bu jesti özlüyündə müəyyən məna daşımamış deyil./azerbaycan24.com/