İraq aviasiyası İŞİD-i bombaladı: 52 ölü, 58 yaralı

İraq aviasiyası İŞİD-i bombaladı: 52 ölü, 58 yaralı
İraq aviasiyası İraq-Şam İslam Dövlətinin (İŞİD) Anbar vilayətindəki mövqelərini bombalayıb.  
 Ər-Ramadi şəhərindən şərqdə yerləşən Əl-Hüseyba rayonunda gerçəkləşən hava hücumu zamanı "İslam dövləti” qruplaşması 2 nəfər komandir olmaqla 52 döyüşçüsünü itirib. Bundan başqa, 58 terrorçunun yaralandığı, 9 silah anbarının, 22 zirehli nəqliyyat vasitəsinin və 14 qayığın da məhv edildiyi bildirilir.  
Bu ilin mayında Bağdadın 100 kilometrliyində yerləşən Ər-Ramadi şəhərini ələ keçirən "İslam dövləti” buradan İraq paytaxtına hücum üçün baza kimi istifadə edir.  
Modern.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az