
"Bu, hər zaman belə olub. Ermənistan yolunu azıb sərhədi keçən Azərbaycan hərbçisini həbs edir, sonra da sərbəst buraxır. İndi sadəcə bir az alış-veriş etmək istəyirlər. Yəqin ki, hərbçimizin sərbəst buraxılması qarşılığında həbsxanada saxlanılan erməni separatçılarından kimlərisə tələb edəcəklər. Bizim vəzifəmiz odur ki, heç bir hərbçimiz Ermənistan həbsxanalarında olmasın. Keçmişdə olduğu kimi, bütün imkanlardan istifadə edərək hərbçimizin azad olunmasına çalışmalıyıq. Hesab edirəm ki, əsir götürülən hərbçimiz bir müddət sonra evinə qayıdacaq”- deyə, politoloq bildirib.
Hərbi ekspert Elxan Şıxəliyev isə "AzPolitika”-ya şərhində bildirib ki, hərbçimiz şərti sərhədi bilməyərəkdən keçib: "Dumanlı hava şəraitinə görə, hərbçimiz bilməyərəkdən Ermənistan tərəfə keçib. Ermənistan tərəfi həmişəki kimi hərbçimizin üzərində silah olmasını qabartmağa, bu amildən öz məqsədləri üçün istifadə etməyə çalışır. Bunun üzərinə Azərbaycanla danışıqlarda müxtəlif tələblər irəli sürəcək. Atəşkəs və 44 günlük Vətən müharibəsi dövründən sonra Ermənistan, eləcə də Azərbaycan tərəfdən bilərəkdən və ya bilməyərəkdən şərti sərhədi keçərək, əsir düşüən hərbçilər olub. Ermənistan hər zaman bundan alver predmeti kimi istifadə edib. Bu dəfə də belə edəcəklər”.

"Müəyyən müddət hərbçimizi sorğu-suala tutacaq, bir neçə istiqamətdə məlumatların əldə olunması üçün şantaj edəcək, gələcəkdə casusluğa cəlb etmək üçün əməliyyat həyata keçirəcəklər. Hərbçimizin Azərbaycana qaytarılması qarşılığında təbii ki, bir istəkləri olacaq. Ola bilsin ki, əsir mübadiləsi fonunda Qarabağda cinayət törətmiş, hazırda Azərbaycanda həbsdə olan erməni separatçılarının sərbəst buraxılması tələbi irəli sürüləcək. Bir sözlə, maksimum bundan yararlanmğa çalışacaqlar”,- deyə ekspert bildirib.
E. Şıxəliyevin sözlərinə görə, Azərbaycan tərəfi istənilən halda hərbçimizin geri qaytarılmasına nail olacaq:"Biz dəfələrlə Azərbaycanın öz hərbçisinə necə sahib çıxdığının şahidi olmuşuq. Məsələn, Ramil Səfərovun cinayət işi, Mübariz İbrahimovun nəşinin geri qaytarılması, bu yaxınlarda Naxçıvan istiqamətində əsir düşən iki hərbçimizin azad edilməsi kimi. Kifayət qədər belə örnəklər mövcuddur. Hərbçilərimiz hər zaman Azərbaycan tərəfə qaytarılıblar. Bu hərbçimiz də qaytarılacaq”.