İrəvan qiyamçılarının başı üzərində vertolyot fırlanır

İrəvan qiyamçılarının başı üzərində vertolyot fırlanır
Bu dəqiqələrdə İrəvanda post-patrul polisinin binasını nəzarətdə saxlayan yaraqlıların başı üzərində hərbi vertolyotun dövrə vurduğu haqda xəbər yayılıb.

Silahlı qrupun nümayəndələri vertolyotun 102-ci Rusiya hərbi bazasına məxsus olduğunu iddia edir.

İrəvanın digər rayonları üzərində də hərbi vertolyotların uçuş keçirdiyi haqda xəbərlər var. Bu, silahlı qrupa hücum əməliyyatının başlamasına hazırlıq getdiyi barədə təxminlərə yol açıb. Hərçənd ki, Ermənistan hakimiyyəti vasitəçilik edən qarabağlı general Vitali Balasanyana vəd edib ki, silahlılara qarşı xüsusi əməliyyat keçirməyə hazırlaşmır.

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az