İrəvan qiyamçılarının lideri həbs olundu

İrəvan qiyamçılarının lideri həbs olundu

Məhkəmə İrəvanda polis alayının binasını ələ keçirmiş qiyamçı qrupun üzvü Aram Manukyanın həbs olunması barədə qərar verib.

Bunu onun vəkili İnessa Petrosyan deyib.

Onun sözlərinə görə, hazırda Aram Manukyan və atası Pavlik Manukyan "Erebuni" tibb mərkəzindədirlər. O, həmçinin bildirib ki, Ermənistan Milli Təhlükəsizlik Şurası Pavlik Manukyanın həbsi üçün sorğu təqdim edib, lakin məhkəmənin nə vaxt keçiriləcəyi məlum deyil.

Hər ikisi Cinayət Məcəlləsinin 219-cu (bina və qurğuların alınması) və 235-ci (odlu silahl və döyüş sursatını qanunsuz saxlama) maddələri ilə ittiham olunur.

Ermənistan Milli Təhlükəsizlik Xidməti "Təsis məclisi"nin üzvü Alek Yeniqomşyanı da saxlayıb.

Xatırladaq ki, Alek Yeniqomşyan ASALA terror təşkilatının üzvüdür, 1980-ci ildə Cenevrədə əlində qumbara partlayıb və o, görmə qabiliyyətini itirib./Virtualaz.org/

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az