İrəvanda etirazçılar hökumət binalarını blokadaya almaq niyyətindədirlər

İrəvanda etirazçılar hökumət binalarını blokadaya almaq niyyətindədirlər

İrəvanda keçirilmiş mitinqdə müxalifətçi deputat Nikol Paşinyan nümayişçiləri sabah saat 09:00-dan Respublika Meydanına yığışmağa çağırıb.

"Sputnik Armeniya”ya istinadən verilən xəbərə görə, o, etirazçıları aprelin 19-dan etibarən hökumət binalarını blokadaya almağa, nazirlər kabinetinin fəaliyyətini iflic etməyə çağırıb.

Bu gün İrəvanda müxalifətin növbəti mitinqi keçirilib.

Qeyd edək ki, Ermənistanda etiraz aksiyaları Serj Sarkisyanın baş nazir təyin olunmasına etiraz olaraq keçirilir.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az