İrəvandakı rus təyyarələri havaya qalxdı – Bakı və Ankaraya qarşı HAZIRLIQ

İrəvandakı rus təyyarələri havaya qalxdı – Bakı və Ankaraya qarşı HAZIRLIQ

Rusiya və Ermənistanın birgə hərbi təlimləri davam edir.

Publika.az xəbər verir ki, hərbi təlimlər çərçivəsində hava qüvvələrinin birgə taktiki uçuşları həyata keçirilib.

İrəvandakı Erubuni hərbi bazasından qalxan döyüş təyyarələri şərti düşmənə zərbələr endirib.

Mi-8MTV desant-hücum və Mi-24P zərbə helikopterləri vizual kəşfiyyat aparıb və şərti rəqib zirehli texnikasını sıradan çıxarıb.

Hava qüvvələrinin birgə taktiki uçuşları Rusiya və Ermənistan ordusunun sentyabrın 5-də başlanan hərbi təlimləri çərçivəsində keçirilir. Təlimlərdə min hərbiçi və 300 texnika iştirak edir.

Bundan öncə Gümrüdəki rus hərbiçilərlə erməni hərbçilərin birgə Kamxud və Alaqyaz silsilələrinə birgə yürüş etmişdi.

Tovuz döyüşlərindən sonra Rusiyanın Ermənistana hərbi dəstəyi artıb. Döyüşlərdən sonra Cənub Hərbi Dairənin genişmiqyaslı təlimlərinə başlayan Rusiyanın Ermənistana tonlarla silah daşıdığı da ortaya çıxdı. Ardınca Rusiya-Ermənistan hərbi təlimləri müxtəlif qoşun növləri üzrə dava etdirilir. Bu təlimlərin Azərbaycan-Türkiyə yaxınlaşmasından qaynaqlandığı, Rusiyanın Ermənistana dəstəyini artırmaqla regionda Bakı və Ankaraya mesaj verdiyi məlumdur.

Ermənistan Tovuz istiqamətindən müxtəlif təxribatlara cəhd edir. İşğalçı ölkənin Azərbaycana qarşı yeni hücuma əl atacağı haqda məlumatlar. Bəzi ekspertlər Rusiya-Ermənistan təlimlərinin də buna hazırlıq olduğunu iddia edirlər.

Asif



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az