İrəvanı partladacaq bomba - Ermənistan çıxılmaz vəziyyətdə
Ermənistanda vəziyyət Qarabağdan da pis olacaq
Ermənistanda Pokr Mqer hərbi-təlim mərkəzinin yaxınlığında üç əl qumbarası aşkarlanıb. Bu barədə erməni mətbuatı xəbər verir.
KİV-lər yazır ki, ərazi mühasirəyə alınıb və mütəxəssislər döyüş qumbaralarını məhv ediblər. Bu cür təhlükəli tapıntılar ən müxtəlif yerlərldə aşkarlanır.
Sarkisyan rejimi Ermənistənda hər kəsi boğaza yığıb. İnsanlar anlayır ki, mitinqlərlə və etiraz aksiyaları ilə onu aradan qaldırmaq mümkün deyli, nəsə kəskin addımlar lazımdır. Özü də ermənilər bu işin ustasıdırlar. Bu yəqin ki, tək ölkədir ki, parlament üzvlərini birbaşa iclas zamanı vurublar. Keçən il bütöv bir hərbi hissəni tutublar.
Milləti öz ətrafında birləşdirmək istəyən Sarkisyan rejiminin "Qarabağdan bir metr də vermərik” çağırışı isə artıq çoxları üçün gülünc bir şeyə çevrilib. Əhalinin çoxu yaşamır, sürünür. İş yoxdur, qiymətlər isə gündən günə artır. Düzdür, Sarkisyan və komandası hər il əhaliyə ümid verir ki, bir az dözün, hər şey yaxşı olacaq. Amma buna heç kim inanmır.
Sarkisyanın parlament seçkilərində səslərin, Avropa müşahidəçilərinin də qeyd etdiyi kimi, satın alınması və şantaj hesabına qələbə çalmış partiyası heç də güclənməyib. Serj Sarkisyana da, onun parityasına da artıq heç kim inanmır. Buna görə də müxtəlif yerlərdə gizli qumbara anbarları ortaya çıxır. Bu qumbaralar çox tezliklə partladıla bilər. Onda Ermənistanda vəziyyət Qarabağdan da pis olacaq. //İstipress.com
Miq.az