İŞİD-in "baş cəllad"ı baş kəsərkən ÖLDÜRÜLDÜ

İŞİD-in
Britaniya snayperi hədəfi 1200 metr məsafədən məhv edib 

Britaniya xüsusi təyinatlı qüvvələrinin (SAS) snayperi Suriyanın şimalında 1200 метр məsafədən açdığı atəşlə İŞİD-in təlimçi-cəlladını məhv edib. Bu barədə Britaniyanın "Deyli Star” nəşri xəbər yayıb.
 
Qəzetin yazdığına görə, cəlladın yeri barədə məlumat xüsusi təyinatlılara MI6 kəşfiyyat xidməti tərəfindən ötürülüb.
 
Cəllad təlim keçdiyi yerdə, kursantlara qurbanın başını necə kəsməyi öyrətdiyi an vurulub. Məhv edilən terrorçu "bölgənin baş cəlladı” sayılırmış.
 
Snayper, İsrail istehsalı olan Dan.338 vintovkasından istifadə edib.
 
Əməliyyatdan sonra xüsusi təyinatlılar geriyə - İraq ərazisinə qayıdıblar.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az