İŞİD-in baş cəlladı tanqo oynatmaqla işgəncə verirmiş
İŞİD-dən qurtarılan danimarkalı fotoqraf Deniel R. Ottosen əsir
qaldığı müddətdə İŞİD-in baş cəlladı Cihadi Con tərəfindən necə
alçaldığını danışıb.
Vətəninfo.az Avropa.info-ya istinadən xəbər verir ki, keçmiş məhbusun
sözlərinə görə, işgəncədən əvvəl Cihadi Con məhbusu mənən sındırmaq
üçün onun kamerasına girirmiş. Danielin burnunu kəsməklə təhdid edərək,
ona tanqo oynadıblar.
Danimarkalı fotoqraf deyir ki, İŞİD
əsirliyində 13 ay qalıb. Bütün bu müddətdə qohumları İŞİD-in tələb
etdiyi böyük məbləğdə pulu toplamaqla məşğul olublar.
Daniel
deyib ki, onu alçaltmağa gələnlərin gəlişini əvvəlcədən bilirmiş. Cihadi
Con və "Bitlz” adını almış üç köməkçisi kəskin iy verir di. Bu qoxudan
onları tanımaq olurdu.