İŞİD Londondakı terrora görə məsuliyyəti üzərinə götürdü

İŞİD Londondakı terrora görə məsuliyyəti üzərinə götürdü
İŞİD terror qruplaşması Londonun "Parsons Green” metrostansiyasında baş vermiş partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.

Oxu.Az-ın məlumatına görə, bu barədə Reuters nəşri yaraqlıların Amaq informasiya agentliyinə istinadən xəbər verib.
Qeyd edək ki, cümə günü səhər Londonun qərbindəki "Parsons Green” stansiyasında partlayış törədilib. Nəticədə bir neçə nəfər müxtəlif dərəcəli xəsarət alıb. Şahidlərin sözlərinə görə, əldəqayırma partlayıcı qurğu tam gücü ilə olmamaqla işə düşüb.
Hadisə zamanı 29 nəfər yaralanıb. Onların həyatına təhlükə olmadığı bildirilir.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az