İŞİD Rusiyadakı işsizləri şirnikləndirib, öz sıralarına çağırır

İŞİD Rusiyadakı işsizləri şirnikləndirib, öz sıralarına çağırır
Rusiyanın Xabarovsk vilayəti yaxınlığında "İslam dövləti” terror təşkilatı (İŞİD) üzvləri insanları öz sıralarına cəlb etmək üçün aktiv fəaliyyətlə məşğuldurlar.
Modern.az saytı Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə "Birlik” Regional Müsəlmanları Cəmiyyəti İctimai Hərəkatının sədri Həmzə Kuznetsov məlumat verib.  
"Hüquq-mühafizə orqanlarında işləyən tanışlarımın məlumatına görə, Xabarovsk ətrafında "İslam dövləti” üzvləri iş aparırlar. Bildirirlər ki, bununla bağlı cinayət işi başlanıb. Onlar, Orta Asiya respublikalarından gələnlərdən şübhələnirlər”,-deyə bildirib.  
Həmzə Kuznetsov deyib ki, İŞİD üzvləri işsiz miqrantlara böyük pul - 50 min rubl təklif etməklə onları öz sıralarına qoşmaq istəyirlər.  
Vətəninfo.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az