“İŞİD” Suriyada genişmiqyaslı hücuma başlayıb

“İŞİD” Suriyada genişmiqyaslı hücuma başlayıb
Rusiyanın davamlı aviasiya zərbələrinə baxmayaraq, "İŞİD” qruplaşması Suriyanın Hələb şəhəri ətrafında genişmiqyaslı hücum əməliyyatına başlayıb.

Vətəninfo.az-ın APA-ya istinadən xəbərinə görə, bu barədə "The New York Times” məlumat yayıb. "İŞİD”çilərin 6 yaşayış məntəqəsini ələ keçirdikləri bildirilir. Hazırda onlar Hələbin şimalındadır və Əsəd qoşunlarının mövqeləri ilə aralarında 2 km məsafə var.

 Bu, son həftələrdə "İŞİD”in ən iri əməliyyatıdır. Xatırladaq ki bir gün əvvəl Hələb yaxınlığında İran İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Hüseyn Həmədani öldürülüb.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az