“İŞİD yeni “11 sentyabr” hazırlayır” - ABŞ rəsmisi

“İŞİD yeni “11 sentyabr” hazırlayır” - ABŞ rəsmisi
İŞİD terror qruplaşmasının silahlıları 2001-ci il, 11 sentyabr hadisələrinə oxşar terror aktları planlaşdırırlar.

APA-nın "Daily Mail”-ə istinadən verdiyi xəbərə görə, bunu ABŞ Milli Təhlükəsizlik naziri vəzifəsini icra edən Eleyn Dyuk Londonda çıxış edərkən bəyan edib.
"Terrorçular təyyarələrdən istifadə edərək irimiqyaslı terror aktları hazırlayır. Kəşfiyyat bundan əmindir”, deyə ABŞ rəsmisi qeyd edib. Onun sözlərinə görə, hazırda terrorçular maliyyə axınlarını qoruyub saxlamaq üçün soyuq silah və avtomobillərdən istifadə edərək nisbətən xırda terror aktlarına əl atırlar.
Bununla belə, E. Dyuk ABŞ xüsusi xidmət orqanlarının təhdidləri aradan qaldırmaq üçün istifadə edəcək üsulları açıqlamayıb.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az