İslamçılar üç ölkəni hədələdi

İslamçılar üç ölkəni hədələdi

ABŞ Daxili Təhlükəsizlik naziri Jack Johnson amerikalıları qərb ölkələrində alış-veriş mərkəzlərində hücumlar təşkil edəcəyini bildirən Əş-Şəbab qruplaşmasına qarşı daha ehtiyatlı olmağa çağırıb.

Vətəninfo.az-ın məlumatına görə, nazir deyib ki, somalili islamçıların təhdidlərini ciddi qəbul edib.

Əş-Şəbabın İnternetdə yayımlanmış videoyazısında tərəfdarlar ABŞ, Kanada və Britaniyanın alış-veriş mərkəzlərində hücumlara çağrılır.

Britaniya vurğusu ilə danışan üzünü gizlətmiş kişi tərəfdarları Qərbdə "yəhudi və amerikalılara aid" alış-veriş mərkəzlərinə hücuma çağırıb.

O xüsusilə, Minnesotadakı Mall of America, Kanadada West Edmonton Mall, Londondakı mərkəz Oxford city küçəsindəki və iki Westfield alış-veriş mərkəzlərinin adını çəkib.

2013-cü ildə əş-Şəbab üsyançılarının Nayrobidə Westgate mərkəzinə hücumu nəticəsində 67 nəfər həlak olub.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az