İsrail baş nazirinə cinayət işi açıldı

İsrail baş nazirinə cinayət işi açıldı
İsrailin Baş naziri Benyamin Netanyahunun xərcələri ilə bağlı cinayət işi açılıb.
Vətəninfo.az Axar.az-a istinadla xəbər verir ki, Baş prokuror Yehuda Feinşteyn Netanyahunun Qüdsdəki Nazirlər Kabineti iqamətgahı ilə Kayseryada özünə aid evin xərcləri haqqında istintaq aparıldığını bildirib.
Sözügedən istintaqın korrupsiya idarəsində aparılması isə bir sıra şübhələrə yol açıb.
Qeyd edək ki, Ədliyyə Nazirliyi istintaqla bağlı ətraflı məlumat verməyib. Lakin daha öncə açıqlanan hesabatda Nazirlər Kabinetinin xərclərinin artdığı bildirilmişdi. Bundan əlavə, xərclərin artmasında baş nazirin həyat yoldaşı Sara Netanyahu da tənqid olunmuşdu.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az