İsrail və Rusiya dinc sakinləri bombaladı: 79 ölü

İsrail və Rusiya dinc sakinləri bombaladı: 79 ölü
Suriya ilə İraq sərhədində yerləşən Deyr-əz-Zor şəhərinə son 48 saatda bir neçə dəfə hava hücumları təşkil edilib.

Publika.az xəbər verir ki, hücum nəticəsində 79 dinc sakin həlak olub, onlarla sakin yaralanıb.
Şəhərdəki aktivistlərdən biri Ahid Sileybi mətbuata verdiyi açıqlamada şəhərin Rusiya və İsrailə aid təyyarələr tərəfindən bombalandığını bildirib: "Rus təyyarələri Deyr-əz-zor yaxınlığındakı Fırat çayını keçməyə çalışan dinc sakinlərin karvanını hədəf aldı. Hücumda neçə sakinin öldüyünü və yaralandığını isə bilmirik”.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az