İstanbul terrorunda azərbaycanlı qadın

İstanbul terrorunda azərbaycanlı qadın

İstanbulda gecə klubunda baş verən terror hadisəsində yaralananlar arasında bir azərbaycanlı qadın olduğu deyilir.

Miq.Az-ın məlumatına görə, bunu APA-nın sorğusuna cavab olaraq Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

Ancaq hələlik xanımın şəxsiyyəti barədə heç nə deyilmir. Ümumilikdə isə terror nəticəsində ölən 39 nəfərdən 16-sı əcnəbidir. 

Ötən gecə İstanbulun Ortaköy məhəlləsində Santa Klaus geyimində olan silahlı şəxslər gecə klubuna daxil olaraq, atəş açmağa başlayıblar.

 İstanbul valisi Vasip Şahin terror hücummu zamanı 39 nəfərin öldüyünü, 65 nəfərin isə yaralandığını açıqlayıb.

Gecə klubunda ilkin məluatlara görə, 700-800 nəfər olub. Eyni zamanda qeyd olunur ki, terrorçular kluba taksi ilə gəliblər.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az