İstanbul terrorunda ürək dağlayan hadisə - hamı şok oldu

İstanbul terrorunda ürək dağlayan hadisə - hamı şok oldu

Bu gecə İstanbulda baş verən terror hadisəsində dünyasını dəyişənlərin arasında olan bir polisin yaşadıqları hər kəsi şoka salıb.

Missiya.Az yerli mətbuata istinadən xəbər verir ki, polis əməkdaşı Fatih Çakmak hələ 20 gün əvvəl baş vermiş terror hadisəsindən sağ qurtulub. Belə ki, Çakmak dekabrın 10-da Beşiktaşda baş vermiş terror hadisəsi vaxtı "Vodofone Arena"da iş başında olub. Həmin hadisədən sağ qurtulan Fatih Çakmak bu gecə əyləncə mərkəzində baş vermiş terror hadisəsində şəhid olub.

Xatırladaq ki, dekabrın 10-da İstanbulun Beşiktaş rayonunda yerləşən "Vodafone Arena” sadionunun çıxışı yaxınlığında baş verən iki güclü partlayış nəticəsində 29 ölüb, 166 nəfər isə yaralanıb. Ölənlərin 27-si polis əməkdaşı, 2-si isə mülki vətəndaşdır.

Qeyd edək ki, bu gecə İstanbul şəhərinin Beşiktaş rayonundakı Reina əyləncə mərkəzinə silahlı hücum olub. Santa klaus geyimli şübhəlinin törətdiyi hadisə nəticəsində 39 nəfərin öldüyü, 65 nəfərin yaralandığı bildirilib. İstanbul valisi Vasip Şahin baş verənlərin terror hadisəsi olduğunu bildirib.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az