İstanbulda dəhşət: Santa Klaus geyimli terrorçu gecə klubunu qana boyadı

İstanbulda dəhşət: Santa Klaus geyimli terrorçu gecə klubunu qana boyadı
İstanbuldakı "Reina” gecə klubunda qətliam bir terrorçu tərəfindən törədilib.

Türkiyənin NTV telekanalının verdiyi məlumata görə, bunu Türkiyə daxili işlər naziri Süleyman Soylu bildirib.

S. Soylu deyib ki, olayda həyatını itirən 39 nəfərdən 4-ü də "Reina” gecə klubunun işçiləridir. Türkiyənin daxili işlər naziri Santa Klaus geyimində gecə klubuna daxil olan şəxsin qətliamdan sonra paltarını dəyişərək oradan qaçdığını da söyləyib.

Türkiyənin səhiyyə naziri Rəcəb Akdağ isə terror aktı nəticəsində 39 nəfərin öldüyünü, xəstəxanalarda hazırda 65 yaralının olduğunu açıqlayıb. Yaralılardan 4-nün vəziyyəti ağırdır.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az