İstanbuldakı terror aktında həlak olmuş azərbaycanlı qız Rusiya vətəndaşı imiş?

İstanbuldakı terror aktında həlak olmuş azərbaycanlı qız Rusiya vətəndaşı imiş?

Türkiyədəki Rusiya Baş konsulluğunun verdiyi məlumata əsasən, İstanbuldakı "Reyna” gecə klubunda baş vermiş terror aktında həlak olmuş, Azərbaycan vətəndaşı olduğu düşünülən qız əslində Rusiya vətəndaşı imiş. Bu barədə mənbəyə istinadən TASS agentliyi xəbər verib.

"Onun şəxsiyyəti müəyyən edilib, sənədlər Rusiya vətəndaşı olduğöunu sübut edir”, - konsulluqdan məlumat verilib.

Xatırladaq ki, Türkiyə tərəfi hadisə vaxtı həlak olanların və yaralananların hamısının şəxsiyyətini müəyyən edib. Ölənlər arasında daha bir azərbaycanlı kişinin olduğu bildirilirdi.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az