İstirahət gününün havası - Yağış yağacaq

İstirahət gününün havası - Yağış yağacaq
Aprelin 16-da Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Miq.az  Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, gündüz yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 8-11° isti, gündüz 15-19° isti, Bakıda gecə 9-11° isti, gündüz 16-18° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu,nisbi rütubət gecə 75-85 %, gündüz 60-70 % təşkil edəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, duman olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi əsəcək.
Havanın temperaturunun gecə 7-12° isti, gündüz 15-20° isti, dağlarda gecə 0-5° isti, gündüz 7-12° isti olacağı gözlənilir.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az