İsveçrə azərbaycanlı avtoşa cəza verdi – 2 il

İsveçrə azərbaycanlı avtoşa cəza verdi – 2 il
Cenevrə məhkəməsi Ziya Babayevə 2 illik şərt həbs və 10 min dollarlıq cərimə cəzası kəsib.
Vətəninfo.az Axar.az-a istinadla xəbər verir ki, məhkəmənin bu qərarına səbəb Ziya Babayevin dostları ilə birgə 2009-cu ildə "Lambargini” maşını ilə yarışa çıxması və törətdiyi qəzadır.
Belə ki, 2009-cu ildə Ziya Babayev AST şirkətlər qrupunun rəhbəri  Telman İsmayılovun iki oğlu ilə bərabər Cenevrə yollarında sürət həddini aşaraq, avtomobil yarışı həyata keçirmişdilər. Həmin vədə Babayevin "Lamborghini” markalı avtomobili "Volsvagen Golf” markalı avtomobillə toqquşmuşdu. Nəticədə ikinci avtomobilin sahibi olan 70 yaşlı alman təqaüdçü xəsarət almışdı.
 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az