İtaliya İŞİD ilə mübarizə üçün 110 təlimçi göndərir
Vətəninfo.az-ın Moderator.az-a istinadla verdiyi xəbərə görə, İtaliya
İŞİD ilə mübarizə edən İraq əsgərinə təhsil vermək üçün 110 hərbi
təlimatçı göndərəcəyini açıqlayıb.
İtalyanın
İraq təhlükəsizlik güclərini terror təşkilatı İŞİD ilə mübarizə üçün
öyrətmək üzrə payızda 110 hərbi təlimatçı göndərəcəyi bildirilir.
İraq
Daxili İşlər naziri Məhəmməd Salim əl-Gabba, paytaxt Bağdaddakı
nazirlik binasında İtalyanın Bağdad səfiri Marco Carnelos ilə görüşüb.
Tərəflərin görüşdə təhlükəsizlik sahəsindəki iş birliyi və İraq
qüvvələrinin öyrədilməsi mövzularını ələ aldığı ifadə edilib.
İraq
Daxili İşlər Nazirliyindən edilən yazılı açıqlamada, "Sayları 110-na
çatan İtalyan təlimçilər, İtalyanın hərbi sahədəki təcrübəsini İraq
təhlükəsizlik güclərinə öyrədəcək" deyilib. Açıqlamada təhsilə alacaq
təhlükəsizlik güclərinin neçə nəfər olacağı ilə əlaqədar məlumat
verilməyib.
İŞİD-ə qarşı ABŞ liderliyində yaradılan koalisiya gücü ölkələrindən
biri olan İtaliya, keçən il oktyabr ayında İraq Kürd Regional Rəhbərliyinin (IKRR)
paytaxtı Erbildə 200 hərbi məsləhətçi və 3 kəşfiyyat təyyarəsi göndərdiyini bildirmişdi.